
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Naxçıvan Baş Gömrük İdarəsinin kollektivi Naxçıvan Dövlət Milli Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "Xeyir xəbər" əsəri əsasında hazırlanmış tamaşanı izləyiblər.
Xocalı faciəsinə həsr olunmuş tamaşa faciə qurbanlarını anmaqla yanaşı, Azərbaycan xalqının mübariz ruhunu da əks etdirir.
Səhnə əsəri ittifaq üzvləri tərəfindən maraqla qarşılanıb.