ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

13 Aprel 2025

İdmançılarımız beynəlxalq idman turnirində 6 medal qazanıb

İdmançılarımız beynəlxalq idman turnirində 6 medal qazanıb

Serbiyanın Zlatibor şəhərində ISF U15 Gimnaziada İdman Oyunları keçirilib.
Ölkəmizi turnirdə təmsil edən idmançılar arasında yer alan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) yetirmələri yarışda uğurla çıxış ediblər.
AHİİTA-nın idmançıları 3-ü qızıl, 2-si gümüş və 1-i bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.