ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

27 Yanvar 2025

Həmkarlar ittifaqlarının üzvləri “Ağbulaq” istirahət mərkəzində dincəliblər

Həmkarlar ittifaqlarının üzvləri “Ağbulaq” istirahət mərkəzində dincəliblər

Yanvarın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən 51 ittifaq üzvünün “Ağbulaq” istirahət mərkəzində ikigünlük istirahəti təşkil olunub. 

İttifaq üzvləri xizək meydançasından, kanat xəttindən, gündə 3 dəfə dadlı təamlardan və yaradılan digər şəraitdən faydalanaraq vaxtlarını səmərəli keçiriblər. Həmçinin onlar üçün maraqlı intellektual bilik yarışı, şahmat, tennis və digər əyləncəli oyunlar təşkil edilib. 

Qeyd edək ki, AHİK-in üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15%-ni ödəməklə həftənin şənbə və bazar günləri “Ağbulaq” istirahət mərkəzində maraqlı və yaddaqalan həftəsonu keçirə bilərlər.