ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

29 Aprel 2025

Həmkarlar ittifaqının təşkilatçılığı ilə mini futbol turnirinə start verilib

Həmkarlar ittifaqının təşkilatçılığı ilə mini futbol turnirinə start verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və Akademiyanın 80 illiyinə həsr olunmuş AMEA institutları arasında mini futbol turnirinə start verilib.

Bununla əlaqədar keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin elmə, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasına, ölkəmizin elmi potensialının inkişafına göstərdiyi qayğıdan danışıb.

AMEA AHİ sədri Sənan Həsənov həmkarlar ittifaqının sosialyönümlü fəaliyyətindən, gələcək layihələrindən bəhs edib.

Sonra mini futbol turnirinə start verilib.