ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

28 Fevral 2025

Həmkarlar ittifaqı Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirib

Həmkarlar ittifaqı Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA Rəyasət Heyəti Aparatının Mülki müdafiə şöbəsinin əməkdaşları, institut və təşkilatların mülki müdafiə qərargahlarının rəhbərləri iştirak ediblər.
Çıxış edənlər mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Sonda mülki müdafiə qərargah rəislərinə Azad Həmkarlar İttifaqının fəxri fərmanları təqdim olunub.