ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

23 Yanvar 2025

Gömrük əməkdaşları arasında keçirilən “Zəka” intellektual oyununun qalibləri mükafatlandırılıblar

Gömrük əməkdaşları arasında keçirilən “Zəka” intellektual oyununun qalibləri mükafatlandırılıblar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin yaradılmasının 33-ci ildönümü  münasibətilə “Zəka” intellektual oyununun final mərhələsi keçirilib.

İntellektual oyunun təşkilində məqsəd gömrük əməkdaşlarının fərdi inkişafı, məntiqi təfəkkürlərinin nümayiş etdirilməsi və komanda ruhunun möhkəmləndirilməsini təmin etməkdir. 

Ümumilikdə 45 komandanın iştirakı keçirilən yarışda finala 14 komanda vəsiqə qazanıb. 

Final oyununda birinci və ikinci yerlərə Dövlət Gömrük Komitəsinin Aparatını təmsil edən “Stat-X” və “Kvintet” komandaları layiq görülüblər. Üçüncü yeri isə Astara Gömrük İdarəsini təmsil edən “Cənub” komandası tutub. 

Qalib komandalar mükafatlandırılıb və sertifikatlar təqdim olunub.