
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi əməyin mühafizəsi mövzusunda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları üçün təlim keçirib.
Tədbirdə iştirakçılara yanğın təhlükəsizliyinin təmin edilməsinə dair zəruri tədbirlər, yanğın zamanı davranış qaydaları və təxliyə prosesi barədə ətraflı məlumat verilib.
Sonra institutun fiziki-kimyəvi analizlər, genetika və emal laboratoriyalarına baxış keçirilib, təhklükəsizlik qaydaları ilə bağlı tövsiyələr verilib.