
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkil etdiyi “Əmək qanunvericiliyinin tətbiqi problemləri” mövzusunda təlimlər başa çatıb.
AƏSMA-nın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində keçirilən təlimlərdə ATİAHİRK-ya üzv təşkilatların əməkdaşları iştirak ediblər.
Beş gün ərzində peşəkar hüquqşünaslar və təcrübəli mütəxəssislər əmək hüquqları, qanunvericilik və onun tətbiqi məsələlər barədə iştirakçılara geniş məlumat verib, həmçinin qarşılıqlı fikir mübadiləsi aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.