
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə “Əmək qanunvericiliyinin tətbiqi problemləri” mövzusunda təlimlərə başlanılıb.
AƏSMA-nın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təşkil olunan təlimlərdə ATİAHİRK-ya üzv təşkilatların əməkdaşları iştirak edirlər.
Peşəkar hüquqşünaslar və təcrübəli mütəxəssislər tərəfindən aparılan təlimlər əmək hüququ sahəsində bilik və bacarıqların yüksəldilməsi, qanunvericilik və tətbiqi məsələlər üzrə maarifləndirilməsi məqsədilə keçirilir.