
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özəl sektorla əməkdaşlığı genişləndirir. Bu əməkdaşlıq çərçivəsində daha bir layihə reallaşdırılıb. Belə ki, AHİK-in “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Buzovna” fizioterapiya mərkəzində Laboratoriya şöbəsi yaradılıb.
Burada müxtəlif laborator müayinələr aparmaq üçün hər cür şərait vardır. Müasir laboratoriya müayinələri operativ və dəqiqliklə aparmaq imkanına malikdir. Müayinələr peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.
Mərkəzdə müalicə alan ittifaq üzvləri yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun laborator xidmətlərdən də yararlana bilərlər.
Bu cür laboratoriyalar AHİK-in digər sanatoriyalarında da yaradılacaqdır.