
İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də təmsil olunub.
Aprelin 8-10-da Belçikanın paytaxtı Brüssel şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) iclası keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. İclasda təşkilatın 2024-cü il üzrə maliyyə hesabatı, cari ilin büdcə layihəsi və gələcək fəaliyyət istiqamətləri, həmçinin ETUCE-nin subregional qurumlarının yaradılması, Mərkəzi və Şərqi Avropa ölkələrinin (CEE Countries) təhsil işçiləri həmkarlar ittifaqları ilə dəyirmi masaların təşkili məsələləri müzakirə edilib, Bacarıqlar Birliyi (Union of Skills) strategiyası ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev təmsil etdiyi qurumun fəaliyyəti, ittifaq üzvlərinin əmək hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.