
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası növbəti dəfə bir qrup üzvünün Ağbulaq İstirahət Mərkəzinə iki günlük istirahətini təşkil edib.
Proqram çərçivəsində ittifaq üzvləri xizək meydançasından, kanat xəttindən, gündə 3 dəfə dadlı təamlardan və yaradılan bütün şəraitlərdən faydalanaraq vaxtlarını səmərəli keçiriblər. Həmçinin onlar üçün şahmat, tennis və digər əyləncəli oyunlar da təşkil edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15%-ni ödəməklə həftənin şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan həftəsonu keçirə bilərlər.