ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

15 Aprel 2025

Azərbaycanın iki ali təhsil ocağı arasında Memorandum imzalanıb

Azərbaycanın iki ali təhsil ocağı arasında Memorandum imzalanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb.

Tədbirdə çıxış edən AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Akademiyada kadr hazırlığı haqqında məlumat verib, UNEC ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov isə universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və gələcək hədəfləri barədə danışıb.

Sonda UNEC və AƏSMA arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandum birgə layihə və proqramların hazırlanmasını, elmi-tədqiqatların aparılmasını, elmi konfransların təşkili və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.