ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

04 Aprel 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının konfransı keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının konfransı keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) XIX Konfransı keçirilib.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə MİHİ RK tərəfindən görülən işlər barədə məlumat verilib, Mandat və Təftiş komissiyalarının hesabatları dinlənilib.

Sonra gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, konfrans iştirakçılarının səsverməsi ilə müvafiq qərarlar qəbul olunub.

Səs çoxluğu ilə Elkiyar Ziyadov MİHİ RK-nın sədri, Adil Atakişiyev isə sədrin müavini seçilib.

Qeyd edək ki, II “Yüksəliş” müsabiqəsinin qalibi olan Elkiyar Ziyadov Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Qlazqo Universitetində marketinq menecment ixtisası üzrə magistratura və Xəzər Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili alıb. Böyük Britaniyanın York Universiteti və Fransanın Strasburq Universitetində Executive MBA üzrə magistratura təhsilini davam etdirib.