ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

22 Aprel 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Moldova Həmkarlar İttifaqları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə paytaxt Kişinyovda “Regional konfrans: Həmkarlar ittifaqı strukturlarının müasirləşdirilməsi və möhkəmləndirilməsində təhsilin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Moldova, Ukrayna, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin həmkarlar ittifaqı nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri Orxan Ərəbov və AHİK-in Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsinin müdiri Səbinə Cabarova təmsil ediblər.

Konfransda həmkarlar ittifaqları sistemində təhsil-təlim məsələləri, regional əməkdaşlığın genşləndirilməsi imkanları, eləcə də müasir çağırış və yanaşmalar müzakirə olunub.