ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

06 Fevral 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında BƏT təmsilçisi ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında BƏT təmsilçisi  ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskasla görüş keçirilib.
Konfederasiya sədri Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqları ilə BƏT arasında münasibətlərdən danışıb, ölkəmizdə təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ratifikasiya olunduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanda əmək hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğu vurğulanıb, ittifaq üzvlərinin sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlər, AHİK tərəfindən həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər barədə məlumat verilib.
Konfederasiya sədri cari ilin yanvar ayında Cenevrədə BƏT rəhbərliyi ilə keçirilən görüşlərin təcrübə mübadiləsi və əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
BƏT-ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas iki qurum arasında əməkdaşlıq, həyata keçirilən layihələr və tədbirlər barədə danışıb, əlaqələrin səviyyəsini yüksək qiymətləndirib. Serqius Qlovaskas BƏT-in qərarlarının və tövsiyələrinin həmkarlar ittifaqları üçün önəmini vurğulayıb və ikitərəfli münasibətlərin genişlənəcəyinə əminliyini ifadə edib.  
Tərəflər əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdən sonra BƏT nümayəndəsi “Kurort” Turizm İnformasiya Mərkəzi ilə tanış olub, yollayışların verilməsi prosesində tətbiq olunan yeniliklərlə maraqlanıb.