ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

13 Fevral 2025

AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib

AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqı və AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Qadınlar Şurasının təşkilatçılığı ilə Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü münasibətilə “Azərbaycan fəlsəfə elmində alim qadınların fəaliyyəti” adlı dəyirmi masa keçirilib.

Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə xanım əməkdaşları təbrik edərək, onların fəaliyyətindən, qadınların cəmiyyətdəki rolundan danışıb.

AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov qadın alimlərin elmə, ictimai-siyasi həyata verdiyi töhfələrdən bəhs edib, onlara uğurlar arzulayıb.