ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

18 Mart 2025

AHİK üzvü “Kənd-Qida-İş” ağacəkmə aksiyası keçirib

AHİK üzvü “Kənd-Qida-İş” ağacəkmə aksiyası keçirib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı (“Kənd-Qida-İş”) AHİK-in “Günəşli” sanatoriyasında ağacəkmə aksiyası keçirib.
“Kənd-Qida-İş” Aparatının işçiləri, ittifaq üzvləri və sanatoriyanın əməkdaşlarının iştirak etdiyi aksiyada sanatoriyanın ərazisinə 100 ədəd eldar şamı əkilib. Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi və təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil edilib.
Tədbir çərçivəsində sanatoriya ərazisində rəsm sərgisi təşkil edilib, iştirakçılara milli mətbəxin ləziz təamları təqdim olunub.
Sonda tədbir iştirakçılarına Novruz hədiyyələri verilib.