Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin (AHİRH) yanvarın 24-də növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib. Qurum tərəfindən ötən il AMEA Azad Həmkarlar İttifaqı üzvlərinin, xüsusilə həssas qrupdan olan əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına dəstək, istirahətlərinin təşkili, əməyin stimullaşdırılması ilə bağlı tədbirlərin keçirildiyi bildirilib.
2025-ci il üçün iş planı haqqında geniş məlumat verən Sənan Həsənov cari ildə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illik yubileyinin qeyd olunacağını diqqətə çatdırıb və bu əlamətdar hadisə ilə bağlı müxtəlif tədbirlərin təşkil ediləcəyini qeyd edib.
Sonra iclasda digər çıxış edənlər gündəlik və iş planı barədə fikirlərini bildirib, təkliflərini səsləndiriblər.