
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı (“Kənd-Qida-İş”) tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.
Yüzdən çox ittifaq üzvünün iştirak etdiyi iftar mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səslənib.
Tədbirin sonunda iştirakçılara hədiyyələr verilib.