ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

07 Mart 2025

AHİK-in üzv təşkilatı AGİHİB-nin xanım üzvlərinə hədiyyələr təqdim olunub

AHİK-in üzv təşkilatı AGİHİB-nin xanım üzvlərinə hədiyyələr təqdim olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi (AGİHİB) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib. Tədbirdə qurumun ilk həmkarlar ittifaqlarının rəhbərliyi və gömrük orqanlarında çalışan qadın əməkdaşlar iştirak ediblər.
Çıxış edənlər qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan, gömrük sistemində çalışan xanım əməkdaşların işgüzarlığından, nümunəvi fəaliyyətindən danışıb, bayram münasibətilə təbriklərini səsləndiriblər.
Tədbirdə AGİHİB-nin xanım üzvlərinə hədiyyələr təqdim olunub.
Sonra tədbir bədii hissə ilə davam edib.