
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təşkilatçılığı ilə keçirilən Novruz bayramına həsr olunmuş şahmat üzrə təsnifat turniri yekunlaşıb.
Yarışda 110 şahmatçı mübarizə aparıb. Sınaq yarışında ilk üç yeri müvafiq olaraq Mirzəzadə Əli, Əsədli Səma və Mustafa Tural, 4-cü dərəcə üzrə Rəhimov Murad, Əşrəfzadə Nihad və Rüstəmzadə Eyyub, 3-cü dərəcə üzrə Əzizli Rauf, Kazımlı Elmir və Paşayev Yusif, 2-ci dərəcə üzrə isə Nəcəfov Adil, Allahverdiyev Hüseyn və Mürvətova Nilufər qazanıblar.
Turnir çərçivəsində qaliblərə medal və diplomlar, dərəcə normativini yerinə yetirən iştirakçılara isə sertifikatlar təqdim olunub.