
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təşkilatçılığı ilə keçirilən rapid sistemi üzrə Tempo turniri başa çatıb. İki kateqoriya üzrə keçirilən yarışda ümumilikdə 46 şahmatçı mübarizə aparıb:
Dərəcəsiz oyunçular arasında 7 turdan ibarət yarışda 21 iştirakçı mübarizə aparıb.
IV, III, II və daha yüksək dərəcəli məktəblilərin 9 turdan ibarət mübarizəsində 25 iştirakçı bacarığını nümayiş etdirib.
Dərəcəsiz oyunçular kateqoriyasında ilk altılıqda aşağıdakı idmançılar yer alıb:
1-ci yer: Rəsul İsmayılov
2-ci yer: Amil Xəlilzadə
3-cü yer: Omar Həsənov
4-cü yer: Şamil Heydərov
5-ci yer: Nana Mikaberedze
6-cı yer: Yusif Cabbarov
IV, III, II və daha yüksək dərəcəli oyunçular kateqoriyasında isə ilk yeddilikdə aşağıdakı şahmatçılar qərarlaşıb:
1-ci yer: Fateh Əliyev
2-ci yer: Dotto Amir
3-cü yer: Səid Mehdiyev
4-cü yer: Amin Ağalı
5-ci yer: Murad İksanov
6-cı yer: Murad Əsədov
7-ci yer: Ayxan Rəhimli
Qaliblərə sertifikatlar təqdim olunub.