
Martın 8-dən 14-dək Albaniyanın paytaxtı Tiranada “Feti Borova” idman zalında U-23 Avropa çempionatı təşkil ediləcək.
Yunan-Roma güləşi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) güləşçisi Cocu Səmədov 87 kq çəkidə qitə birinciliyində mübarizə aparacaq.