ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

13 Mart 2025

AHİK-in tabe təşkilatı AHİİTA-nın şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

AHİK-in tabe təşkilatı AHİİTA-nın şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

Martın 15-də Rumıniyanın Eferi-Nord şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı start götürəcək.

Qitə çempionatında 40 ölkədən 385 şahmatçı Dünya Kubokuna vəsiqə uğrunda mübarizə aparacaq. Azərbaycan çempionatda 13 şahmatçı ilə təmsil olunacaq.

Təmsilçilərimiz arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) şahmatçısı Read Səmədov da var.

Çempionat 11 turdan ibarət olacaq və martın 26-da yekunlaşacaq.