ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

14 Fevral 2025

AHİK-in özəl sektorla əməkdaşlığı genişlənir

AHİK-in özəl sektorla əməkdaşlığı genişlənir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Hotel Naftalan” MMC-nin nümayəndələri ilə görüş keçirilib. 
Görüşdə ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlərdən danışılıb, həmçinin Konfederasiya tərəfindən aparılan islahatlar, tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr diqqətə çatdırılıb.
Bildirilib ki, hazırda ittifaq üzvləri yollayışı asan prosedurlarla və mərkəzləşdirilmiş qaydada “Kurort” Turizm İnformasiya Mərkəzindən əldə edirlər ki, bu da əlçatanlıq, şəffaflıq və növbəlik prinsipinə əsaslanmaqla həyata keçirilir.
Görüşdə Konfederasiya ilə “Hotel Naftalan” MMC arasında əməkdaşlıq, ittifaq üzvlərinin istirahətinin təşkili ilə bağlı görüləcək birgə işlər müzakirə olunub.
Vurğulanıb ki, bu tərəfdaşlıq Naftalan neftinin müalicəvi əhəmiyyətinin tanıdılmasında və ölkə turizminin inkişafında önəmli rol oynayacaq.