
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin koordinatoru Hayrettin Özçelik Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) olub.
AƏSMA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev akademiyada tədris prosesinin təşkili, fakültə və ixtisaslar, ali təhsil müəssisəsinin imkanları, burada həyata keçirilən yeniliklər barədə məlumat verib, AHİK-in həyata keçirdiyi rəqəmsal yenilikləri diqqətə çatdırıb.
TİKA-nın Bakı Proqram Koordinasiya Ofisinin koordinatoru Hayrettin Özçelik təmsil etdiyi qurumun fəaliyyəti və dəstək mexanizmlərindən danışıb, əlaqələrin istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə əməkdaşlıq imkanları müzakirə olunub, fikir mübadiləsi aparılıb.