
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Akademiyanın qadın əməkdaşlarını və tələbələrini təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə xanım iştirakçılara gül və hədiyyələr verilib. Sonra tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.