![AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında BƏT nümayəndəsi ilə görüş olub](https://www.ahik.org/storage/pages/560/1whatsapp-image-2025-02-07-at-124400-3p.jpg)
Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında olub.
Ali təhsil ocağı ilə tanışlıqdan sonra professor-müəllim heyəti, tələbələr və AHİK könüllüləri ilə görüş keçirilib. AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Akademiyada tədris prosesinin təşkili, fakültə və ixtisaslar, tədris müəssisəsinin beynəlxalq əlaqələri haqqında məlumat verib, tətbiq olunan yenilikləri diqqətə çatdırıb.
AHİK-in Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsinin müdiri Səbinə Cabarova həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan layihələr barədə təqdimatla çıxış edib.
Serqius Qlovaskas BƏT-nin fəaliyyətindən, AHİK-lə birgə reallaşdırılan layihələrdən söz açıb, qurumun ölkəmizdə ratifikasiya olunan konvensiyalarının əhəmiyyətindən bəhs edib.
Sonra Serqius Qlovaskas tələbələrin suallarını cavablandırıb.