
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) əməkdaşların peşəkar bacarıqlarının artırılması məqsədilə təlim proqramına start verilib. Təlimlərin keçirilməsində məqsəd əməkdaşların gündəlik iş prosesində məhsuldarlığının artırılması, müasir texnoloji imkanlardan istifadə bacarıqlarının təkmilləşdirilməsidir.
Təlimlər qruplar üzrə və mərhələli şəkildə peşəkar mütəxəssislər tərəfindən aparılır.