ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

19 Mart 2025

AHİİTA idmançıları final mərhələsinə vəsiqə qazanıblar

AHİİTA idmançıları final mərhələsinə vəsiqə qazanıblar

Şəkidə məktəbli oğlan boksçular arasında keçirilən zona birinciliyi başa çatıb. Boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsi üçün təşkil olunan ilk yarış Şəki Olimpiya İdman Kompleksində keçirilib. 
151 idmançının qatıldığı yarışda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) boksçuları da iştirak ediblər. 
AHİİTA idmançıları Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyev (80 kq) qızıl, Yusif Məmmədov (50 kq) isə bürünc medal qazanaraq Bakıda keçiriləcək final mərhələsinə qatılmaq hüququ əldə ediblər.