ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

10 Mart 2025

“Ağbulaq” istirahət mərkəzində Beynəlxalq Qadınlar Günü qeyd olunub

“Ağbulaq” istirahət mərkəzində Beynəlxalq Qadınlar Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Naxçıvan Həmkarlar İttifaqları Şurası tərəfindən “Ağbulaq” istirahət mərkəzinə növbəti tur təşkil olunub. Bu dəfə turda 60-a yaxın ittifaq üzvü iştirak edib. İntellektual bilik yarışı, şahmat, stolüstü tennis və əyləncəli oyunlar üzvlərə yaddaqalan anlar yaşadıb.
Həmçinin ittifaq üzvləri xizək meydançası, kanat xətti və digər xidmətlərdən də istifadə edərək vaxtlarını səmərəli və maraqlı keçiriblər.
Mərkəzdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir də təşkil olunub. Şuranın sədr müavini Xatirə İbrahimli mərkəzin qadın əməkdaşlarını və “Ağbulaq”da istirahət edən xanımları təbrik edib.