ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

25 Yanvar 2025

AHİK-in “Ağbulaq” istirahət mərkəzi

AHİK-in “Ağbulaq” istirahət mərkəzi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və üzv təşkilatların ölkəmizin səfalı guşələrində istirahət mərkəzləri və sanatoriya-kurort müəssisələri var. Belə müəssisələrdən biri də “Ağbulaq” istirahət mərkəzidir.

Naxçıvan Muxtar Respublikasında yerləşən mərkəzdə eyni vaxtda 80 nəfəri qəbul edə bilən 38 otaq var. Otaqlar müasir avadanlıqlarla təchiz olunub. Həmçinin 3 restoran, 2 əyləncə parkı, kafe-bar, mini futbol və voleybol meydançaları da gələnlərin istifadəsindədir. 

İstirahət mərkəzinin nəzdində “Ağbulaq” xizək mərkəzi də fəaliyyət göstərir. Dəniz səviyyəsindən 2078 metr yüksəklikdə yerləşən mərkəzdə ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, süni qaryaratma sistemləri mövcuddur. Buranın əsas infrastrukturu kanat yoludur və saatda 1000 nəfərin istifadə edə biləcəyi kanatın uzunluğu 980 metrə yaxındır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 59 oturacaq quraşdırılıb. Xizək mərkəzi yüksək keyfiyyətli avadanlıq və xüsusi geyimlərlə təchiz olunub. 

Bir sözlə, “Ağbulaq” istirahət mərkəzində həm qış aylarında, həm də yay mövsümündə mənalı və səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, əlçatanlığın və şəffaflığın təmin olunması, növbəlik prinsipinin qorunması məqsədilə AHİK yollayışların verilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirir.

Həmçinin ittifaq üzvlərinin qış aylarında dincəlməsi və müalicə almaları üçün endirimli yollayışlar təklif olunur. Belə ki, endirimli yollayışın dəyərinin cəmi 15 %-ni ödəməklə onu əldə etmək mümkündür.