Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)-in Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublikası Şurası nəzdində fəaliyyət göstərən Kurort Turizm İnformasiya Mərkəzi (KTİM), Azərbaycanın turizm və kurort xidmətlərinin inkişafına töhfə vermək məqsədilə yaradılmışdır.
Mərkəz, həm AHİK üzvlərinə, həm də digər maraqlı tərəflərə yüksək keyfiyyətli turizm xidmətləri təqdim edir. Əsas məqsədimiz ölkə daxilində kurort və sanatoriya potensialının geniş şəkildə tanıdılması, müasir xidmətlərin təşkili və milli turizm sektorunun inkişafına dəstək olmaqdır.
Xidmətlərimiz
• Kurort və sanatoriya xidmətlərinə dair məlumatların təqdim edilməsi
• Rezervasiya xidmətləri: Fərdi və qrup turistlər üçün kurort yerlərinin bronlaşdırılması
• Məsləhət və bələdçi dəstəyi: Turistlərə məlumat və istiqamət üzrə kömək göstərilməsi
• Tanıtım və marketinq: Yerli və beynəlxalq səviyyədə kurort turizmi ilə bağlı tədbirlər və layihələrin təşkili
Fəaliyyət İstiqamətlərimiz
• AHİK üzvlərinin sağlamlıq və istirahət ehtiyaclarını qarşılamaq
• Azərbaycanın turizm potensialını beynəlxalq arenada təbliğ etmək
• Müasir texnologiyalar vasitəsilə turizm məlumatlarını əlçatan etmək
KTİM olaraq, turizm sektorunun inkişafına töhfə vermək və vətəndaşlarımızın rahatlığını təmin etmək üçün daim çalışırıq. Azərbaycanın kurort imkanları haqqında daha ətraflı məlumat əldə etmək və xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz!
Ünvan: Bakı şəhəri, İçərişəhər, Sabir küçəsi, 7
Əlaqə nömrəsi: +99450 3283811, +99450 3283877, +99412 4925010, +99412 4927553
"Kurort" Turizm İnformasiya Mərkəzindən yollayışların alınması üçün ödənişlə bağlı təlimat ↗
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” istirahət mərkəzi ↗
AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə bağlı videoçarx ↗