Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) kurort və sanatoriya xidmətləri vasitəsilə üzvlərinin sağlamlığını qorumağa və onların istirahət ehtiyaclarını qarşılamağa yönəlmiş fəaliyyətlər həyata keçirir.
Bu xidmətlər əməkçilərin və onların ailə üzvlərinin sağlamlığının bərpası, müalicə və istirahət imkanlarını təmin edir. AHİK-in sanatoriya və kurortları ölkənin müxtəlif bölgələrində yerləşir və müasir tibbi avadanlıqlarla təchiz edilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Darıdağ” sanotoriyası və istirahət kompleksi.
Sanatoriya 2,33 hektar ərazidə yerləşir və zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarətdir. 120 nəfərlik 60 otağın hər biri qonaqların rahat istirahəti üçün müasir standartlara cavab verəcək. Sanatoriyada kişi və qadın ayrı olmaqla 2 bölməli 4 qapalı hovuz yerləşir. Burada istifadə ediləcək su “Darıdağ” istisu bulağından xüsusi borularla çəkiləcək, hovuzlar axıntı ilə daim yenilənəcək. Zirzəmi qatında masaj salonları, mağaza, kişi və qadın bərbərxanaları yer alıb. Qonaqların istirahəti üçün 2 restoran və kafe bar da fəaliyyət göstərəcək. Burada müxtəlif dekorativ ağac və kollar əkiləcək, yaşıllıq zolaqları salınacaq. Ərazidə uşaq əyləncə parkı, istirahət köşkləri, açıq havada idman qurğuları da yaradılacaq.
Ünvan: Culfa rayon, Darıdağ massivi
AHİK-in üzv təşkilatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar
Cəmiyyətinin “Bilgəh” kardioloji sanatoriyası. Sanatoriyanın yerləşdiyi təbii amillər, dəniz, quru və
mülayim iqlim ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir, xəstələr burada təbii müalicəvi
mineral yod-bromlu su ilə müalicə olunur.
Ərazidə müalicə və yataq korpusları, 1 və 2 mərtəbəli kotteclər, yeməkxana və klub, idman meydançası,
tennis kortu və digər yardımçı binalar mövcuddur. 406 çarpayılıq sanatoriyada 70 otaq 1 nəfərlik, 168
otaq isə 2 nəfərlikdir.
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, R.Ocaqov küçəsi, 94
AHİK-in üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının “Duzdağ” hoteli.
Otel ləziz və sağlam mətbəxi, bir-birindən maraqlı əyləncə növləri, geniş və işıqlı otaqları ilə 5 ulduzlu məkanın lüks və rahatlığını özündə birləşdirir. Burada 100 standart, 35 kiçik suit, 8 suit, 1 kral dairəsi olmaqla 144 otaq və 7 villa fəaliyyət göstərir. Aqua park, sürüş zolağı, oyun zalı, Duzdağ Hotel Spa Mərkəzi, mini futbol meydançası istirahətə gələnlərin istifadəsindədir.
Ünvan: Babək rayon, Duzdağ şaxtası yolu
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Şıx” sanatoriyası. Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən sanatoriyada hər cür müasir şəraitli 175 çarpayılıq iki yataq korpusu var. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyada xəstəlik tarixi, müalicə kabinetlərinin fəaliyyəti, mühasibatlıq və yeməkxana pilot layihə olan mərkəzləşmiş smart sistemə qoşulub. Xidmətlərə kükürdlü su vannaları, naftalan terapiyası və parafin terapiyası daxildir.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsi 45
AHİK-in üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının “Ağbulaq” istirahət kompleksi. Mərkəzdə 76 nəfərlik 38 otaq, 3 restoran, 2 əyləncə parkı fəaliyyət göstərir. Burada Ağbulaq restoranı, kafe-bar, restoran-bar fəaliyyət göstərir. Bundan başqa mini futbol-voleybol meydançası, uşaqlar üçün əyləncə parkı, market və başqa xidmətlər də mövcuddur.
Ünvan: NMR, Şahbuz rayonu, Ağbulaq kəndi.
AHİK-in üzv təşkilatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Bilgəh” kardioloji sanatoriyası. Sanatoriyanın yerləşdiyi təbii amillər, dəniz, quru və mülayim iqlim ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir, xəstələr burada təbii müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur. Ərazidə müalicə və yataq korpusları, 1 və 2 mərtəbəli kotteclər, yeməkxana və klub, idman meydançası, tennis kortu və digər yardımçı binalar mövcuddur. 406 çarpayılıq sanatoriyada 70 otaq 1 nəfərlik, 168 otaq isə 2 nəfərlikdir.
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, R.Ocaqov küçəsi, 94.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Günəşli” nevroloji sanatoriyası.
İqlimin yayda isti-quru, qışda mülayim olması sinir sistemi xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir. İstirahətçilərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı olur. Xəstələr təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur. Burada 2 yataq korpusu, inzibati bina, müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqs və idman meydançaları mövcuddur.
Ünvan: Bakı, Azərbaycan, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 99
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” mədə-bağırsaq sanatoriyası. Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Burada iki yataq korpusu, 1 müalicə korpusu, konfrans zalı, klub və rəqs meydançası var. Sanatoriya 2 yataq korpusu üzrə 192 çarpayı sayı ilə fəaliyyət göstərir.
Ünvan: Bakı, Azərbaycan, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 95
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Buzovna” Fizioterapiya Mərkəzi. mərkəzdə 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də burada ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb. Mərkəzin ərazisindəki ikimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir.
Ünvan: Bakı şəhəri, Buzovna qəsəbəsi, Dənizkənarı 9.