Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) kurort və sanatoriya xidmətləri vasitəsilə üzvlərinin sağlamlığını qorumağa və onların istirahət ehtiyaclarını qarşılamağa yönəlmiş fəaliyyətlər həyata keçirir.
Bu xidmətlər əməkçilərin və onların ailə üzvlərinin sağlamlığının bərpası, müalicə və istirahət imkanlarını təmin edir. AHİK-in sanatoriya və kurortları ölkənin müxtəlif bölgələrində yerləşir və müasir tibbi avadanlıqlarla təchiz edilmişdir.
AHİK-in üzv təşkilatı Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin “Lokomotiv” istirahət mərkəzi.
Beş hektar ərazini əhatə edən mərkəzdə 6 korpus, 6 kotec, uşaq əyləncə məkanı, idman zalı, futbol meydançası, uşaqlar və böyüklər üçün hovuzlar var.
Ünvan: Xaçmaz rayonu, Nabran qəsəbəsi, Seyidlikəndyeri kəndində.
Azərbaycan Respublikası Turizm və Ekksursiyalar Şurasının nəzdində Xaçmaz rayonu, Nabran qəsəbəsi "Xəzər" turist bazası 1963-cü ildən fəaliyyət göstərir. Yer tutumu 512 nəfər. Turistlər 4 mərtəbəli binada və kottec tipli evlərdə qəbul olunur.
Ünvan: Xaçmaz rayonu, Yalama, Nabran qəsəbəsi
AHİK-in üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Nazlı Bulaq” istirahət mərkəzi. Mərkəzdə 50-dən artıq kottec, açıq və qapalı məkanda fəaliyyət göstərən restoranlar, uşaq əyləncə mərkəzi fəaliyyət göstərir. Burada eyni vaxtda 200 nəfərdən artıq ittifaq üzvünün istirahəti mümkündür.
Ünvan: Quba rayonu, Qırız Dəhnə kəndi, Quba-Xınalıq yolunun kənarı.
AHİK-in üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Şəfa” istirahət mərkəzi. Mərkəz il boyu - iyunun 1-dən sentyabrın 30-dək bir həftəlik, oktyabrın 1-dən növbəti ilin may ayının 30-dək 3 günlük ailəvi istirahətləri təmin edir. Burada 80 nəfərin (uşaqlarla birlikdə 100-120 nəfər) istirahəti üçün hər cür zəruri şərait yaradılıb.
Ünvan: Qusar şəhər, Heydər Əliyev
AHİK-in üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” istirahət mərkəzi. On hektardan artıq ərazini əhatə edən mərkəz 3 üçmərtəbəli yaşayış binası, kotteclər, idman zalı, futbol və voleybol meydançası, açıq və qapalı üzgüçülük hovuzları, 120 nəfərlik konfrans zalı və digər tikililərdən ibarətdir. Burada 800 nəfərin normal istirahət üçün hər cür zəruri şərait yaradılıb.
Ünvan: Xaçmaz rayonu, Nabran qəsəbəsi.
AHİK-in üzv təşkilatı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Ülfət” istirahət mərkəzi.
Burada 7 kottec və 3 ikimərtəbəli və 1 birmərtəbəli korpus, böyüklər və uşaqlar üçün hovuz, uşaq əyləncə mərkəzi, istirahət guşələri, açıq tennis kortu və voleybol meydançası yerləşir. Bir hektardan artıq ərazidə dekorativ və meyvə ağacları əkilib.
Ünvan: Xaçmaz rayon, Nabran qəsəbəsi.
Son illərdə təmirdən çıxmış “Miras” istirahət mərkəzi qədim memarlıq ənənələrini qoruyub saxlayıb. Burada otaqlar kondisionerlərlə, televizorlarla, soyuducu, seyf və digər məişət texnikası ilə tam təchiz edilib. Üzgüçülük hovuzu, massaj otağı, ayaq vannaları, sauna, həmçinin qapalı və açıq məkanda trenajorlar ziyarətçilərin ixtiyarındadır.
Ünvan: Bakı, Azərbaycan, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 95