ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

28 Dekabr 2024

Mediasiya Şurası ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Mediasiya Şurası ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Mediasiya Şurası arasında görüş keçirilib.

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan tədbirdə işçilərin hüquqlarının müdafiəsi və əmək mübahisələrinin barışıq yolu ilə həlli istiqamətində yeni imkanlar müzakirə edilib.

AHİK sədrinin müşaviri Orxan Ərəbov Konfederasiya ilə Mediasiya Şurası arasında 2024-cü ilin oktyabrında imzalanmış Əməkdaşlıq Memorandumunun əhəmiyyətini qeyd edib. Orxan Ərəbov sənədin həm işçilər, həm də işəgötürənlər üçün daha səmərəli əmək münasibətlərinin qurulmasına töhfə verəcəyini bildirib.

AHİK-in Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov Konfederasiyanın son dövrlərdə reallaşdırdığı layihələr və Mediasiya Şurası ilə əməkdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.

Əmək mübahisələrinin həllində mediatorların rolundan danışan Bakı 6 saylı Mediasiya təşkilatının direktoru Tural Şahbazov onların iştirakının mübahisələrin daha sürətli və səmərəli həllinə əlavə imkan yaratdığını vurğulayıb.

Tədbirdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.