Konfederasiya sədri Sahib Məmmədov dövlətimizin gənclər siyasətindən söz açaraq vurğulayıb ki, gənc nəslə daim qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyev onların hərtərəfli inkişafı, bacarıqlarının reallaşdırılması, gənclər siyasətinin institutlaşdırılması, həmçinin sosial və iqtisadi problemlərinin həlli istiqamətində tarixi addımlar atıb.
Gənclərin potensialının dəyərləndirilməsi, vətənpərvər və savadlı kadr kimi formalaşması, onların ictimai-siyasi həyatda rolunun artırılması sahəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun sağlam və bilikli gənclərin yetişməsi üçün həyata keçirdiyi proqramlardan danışıb.
Bildirilib ki, könüllü fəaliyyət, digərlərinə yardımçı olmaq, ümumi işə töhfə vermək Azərbaycan gənclərinin nəcibliyinin göstəricisidir. Eləcə də könüllülük gənclərin fərdi inkişafına və sosial məsuliyyət hissinin yüksəlməsinə kömək edir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə könüllülərin iştirakının ölkəmizdə könüllük hərəkatının inkişafına təkan verdiyini deyən Sahib Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamla 2020-ci ilin “Könüllülər İli” elan edilməsinin bu sahəyə göstərilən diqqət və qayğının nümunəsi olduğunu qeyd edib.