Türkiyənin Sağlık və Sosial Hizmətlər Kamu Görəviləri Sendikası (Türk Sağlık-Sen) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ASİHİRK) arasında Əməkdaşlıq Sazişi imzalanıb.
Saziş tərəflər arasında əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyətin təşkili, təcrübə və informasiya mübadiləsinin aparılması məqsədi daşıyır. Həmçinin sənəd əmək hüquqlarının müdafiəsi, üzvlərin sağlamlıqlarının qorunması, mədəni-kütləvi və idman tədbirlərinin təşkili və digər istiqamətlər üzrə qarşılıqlı dəstəyi nəzərdə tutur.