ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

11 Noyabr 2024

AHİK-in üzv təşkilatı DİİXİHİ RK Rəyasət Heyətinin iclası keçirilib

AHİK-in üzv təşkilatı DİİXİHİ RK Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (DİİXİHİ RK) Rəyasət Heyətinin noyabrın 27-də iclası keçirilib.

Qurumun rəhbəri Hikmət Osmanovun sədrliyi ilə keçirilən iclasda gündəliyə uyğun olaraq, bir sıra məsələlərlə bağlı müraciətlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Əvvəlcə Komitənin və Aparatın 2025-ci ilin birinci yarımili üçün iş planı təsdiq edilib.

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin ilk həmkarlar ittifaqı təşkilatının üzvlük, həmçinin səkkiz şəhid ailəsinin himayəyə götürülməsi ilə əlaqədar Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin müraciətinə baxılıb, 2 ilk həmkarlar ittifaqı təşkilatının ləğv olunması, 2024-2025-ci tədris ili üçün üzvlərin ali məktəblərdə “əla” və “yaxşı” qiymətlərlə oxuyan tələbə övladlarına verilən təqaüdün davam etdirilməsi barədə qərarlar qəbul olunub.

İclasda eləcə də bir neçə həmkarlar ittifaqı təşkilatının maliyyə-təsərrüfat fəaliyyətlərinin araşdırılmasının nəticələri barədə təqdim edilmiş arayış geniş müzakirə olunub.