ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Sosial tərəfdaşlıq

Məlum olduğu kimi Azərbaycanda işçilərlə işəgötürənlər arasında münasibətlər qədim tarixə söykənir. Belə ki, ölkəmizdə işçilərlə işəgötürənlər arasında sosial dialoq əsasında ilk kollektiv saziş 30 dekabr 1904-cü il tarixdə bağlanıb. Hazırki dövrdə isə ölkədə sosial dialoq əsasən üçtərəfli münasibətlər formatında həyata keçirilir. Bu tərəflər - Nazirlər Kabineti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasıdır.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olaraq onun “Üçtərəfli məsləhətləşmələr (beynəlxalq əmək normaları) haqqında” 144 nömrəli Konvensiyası daxil olmaqla bir çox konvensiyasını ratifikasiya edib. Üçtərəfli müzakirələrin nəticəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial və iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsi”ni və Komissiyanın təsis edilməsi üçün qərar layihəsini hazırlayıb.

Bununla da, Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2014-cü ildə təşkil edilən konfransda Üçtərəfli Komissiyanın tam işlək vəziyyətə gətirilməsi barədə razılığa gəlinib və 2016-cı ilin sentyabr ayında sosial tərəfdaşların nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb.

Bundan əlavə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2023-2025-ci illər üçün imzalanmış Baş Kollektiv Sazişin 6.2.8-ci yarımbəndinə əsasən,  Nazirlər Kabineti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ilə birgə sosial tərəfdaşlıq münasibətlərinin təkmilləşdirilməsi, qanunvericilik və institusional bazanın gücləndirilməsi məqsədilə “Sosial tərəfdaşlıq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin tərtib olunması və qəbul edilməsi üçün birgə səylər göstərmək öhdəliyini öz üzərinə götürüb. Hazırda sözügedən qanun layihəsinin hazırlanması tərəfdaşların diqqət mərkəzindədir.

Baş Kollektiv Saziş-ə keçid linki

 Sosial tərəfdaşlıq

Son xəbərlər