ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AHİK “Layiqli Əmək Səfirləri” layihəsinə start verib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) “Layiqli Əmək Səfirləri” layihəsinə start verib.

Layihənin məqsədi əmək hüquqlarının müdafiəsinə diqqəti cəlb etməkdir. Ölkəmizin tanınmış və nüfuzlu simalarının iştirak etdiyi layihə üzvlərimizin qanuni mənafelərinin müdafiəsinin təşviqinə, yeniliklərə və müasir çağırışlara töhfə verəcəkdir.

Səfirlərimizin davamlı olaraq müxtəlif sahələrdə çalışan üzvlərimizlə görüşləri təşkil olunacaq. Onlar layihələrdə və tədbirlərdə iştirak edəcək, ictimaiyyətə önəmli mesajlar çatdıracaqlar.

Səfirlərimizin həmçinin hüquqi maarifləndirmə prosesində iştirakı və mediada çıxışları nəzərdə tutulur. Səfirlər sosial şəbəkələr üzərindən də əmək hüquqlarının qorunması, layiqli əmək şəraitinin yaradılmasının təşviq ilə bağlı çağırışlar edəcəklər.

Layiqli əmək səfirlərinin əmək hüquqları ilə bağlı müraciəti:

AHİK-in "Layiqli Əmək Səfirləri" ilə bağlı videoçarxın linki