Ölkəmizin rifahı naminə çalışan, cəmiyyətin əmək, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə töhfə verən ictimai fəal könüllü şəbəkəsi formalaşdırmaq, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına dəstək vermək məqsədilə, 11 oktyabr 2024-cü il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “AHİK Könüllüləri” Proqramı elan edilib.
Proqram iki mərhələdən – Stage və StagePro mərhələlərindən ibarətdir.
StagePro mərhələsinə müraciət etmək üçün namizədlərin Stage mərhələsindən 1-ci dərəcəli sertifikatla məzun olması tələb olunur.
Hər mərhələ üzrə proqramın müddəti 2 ay təşkil edir. Könüllülər Konfederasiyanın müvafiq struktur bölmələrində (Aparat, üzv və tabeli təşkilatlar və s.) fəaliyyətə cəlb olunurlar.
Bu günədək proqrama 600-ə yaxın gənc müraciət edib.
Video linklər:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
BHİK Baş katibinin müavini Erik Manzi “Buzovna” Fizioterapiya Mərkəzində olub
AHİK-in sanatoriyalarında qalan COP29-un iştirakçılarının ölkəmizlə bağlı təəssüratları
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası - “AHİK Könüllüləri” Proqramı