Müasir müstəqil Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə xalqın xahişi və təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, imzalanan bir çox sənədlər gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyənləşdirdi.
Bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsdir ki, bu gün Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində fəal iştirak edir. Qəbul edilmiş 20-dən artıq qanun, strategiya, dövlət proqramı və digər normativ-hüquqi aktlar özündə məhz gənc nəslə dövlət qayğısının göstərilməsini ehtiva edir. Ölkəmizdə gənclər üçün Prezident Mükafatı təsis olunub, 2007-ci il “Gənclər ili” elan edilib, Azərbaycan Gənclər Fondu, “Gənclər evi” sosial xidmət müsəssisləri şəbəkəsi yaradılıb, gənclərin beynəlxalq tədbirlərdə təmsil olunması, ideya və təşəbbüslərinin dəstəklənməsi üçün dövlətin dəstək mexanizmləri formalaşdırılıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensiallarının inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir.
Gənclərin həmkarlar ittifaqı strukturlarında təmsil olunması, yüksəkixtisaslı mütəxəssis kimi formalaşması üçün müvafiq tədbirlər görülür. Hazırda gənclərlə aparılan işin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.
Azərbaycan həmkarlar ittifaqlarının gənclərlə iş sahəsində hədəfləri aşağıdakılardır: