ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Əmək hüquqları

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq təcrübədə həmkarlar ittifaqları tərəfindən tez-tez səslənən “Bir nəfərə vurulan zərər hər kəsə vurulan zərərdir...” devizini əsas götürməklə əmək və sosial-iqtisadi hüquqların müdafiəsini, eləcə də əmək münasibətlərini tənzimləyən digər məsələlər üzrə fəaliyyət göstərir.

Əmək insanların layiqli formada yaşaması üçün vacib elementlərdən biri olmaqla yalnız onların yaşayışını deyil, həmçinin fərdi inkişafı və ümumilikdə cəmiyyətin təməlinin möhkəmləndirilməsini təmin edir. Layiqli əmək və onun müqabilində verilən ədalətli əməkhaqqı fərdin şəxsi, peşə və həyat keyfiyyətinin inkişafında mühüm rol oynayır. 

Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində də göstərilir ki, “əmək fərdi və ictimai rifahın əsasıdır”. Məhz bu səbəbdən  Konstitusiyamızın preambulası Azərbaycan xalqının ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək niyyətini bəyan edir. Konstitusiyanın 12-ci maddəsində vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu qeyd olunub, bunun nəticəsi olaraq həmin məqsədin təminat vasitələri Konstitusiyanın müxtəlif maddələrində öz əksini tapıb. Belə ki, vətəndaşların əmək münasibətləri sahəsində layiqli həyat səviyyəsini təmin edən və qoruyan başlıca konstitusion təminatlar 35-ci (Əmək hüququ) və 58-ci (Birləşmək hüququ) maddələrdə yer alır. 58-ci maddə işçilərin öz hüquqlarının müdafiəsi hərəkatında təşkilatlanmasını və qanuni mənafelərini layiqincə qorumalarını təmin etmək məqsədilə hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnun olduğunu təsbit edib. 

Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 19-cu maddəsində də bildirilir ki, işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. Bu təşkilatlar “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununa, qüvvədə olan əmək qanunvericiliyinə, eləcə də İnsan hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrinə, Avropa Sosial Xartiyasına uyğun olaraq respublikamızda öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə fəaliyyət göstərir.

 

Müvafiq keçidlər:

 

Əmək Məcəlləsi ↗

“Həmkarlar ittifaqları haqqında” Qanun ↗

Beynəlxalq Əmək Təşkilatının "Kənd təsərrüfatında əməyin təftişi haqqında" 129 saylı Konvensiyası ↗

Beynəlxalq Əmək Təşkilatının "Sənayedə və ticarətdə əməyin təftişi haqqında" 81 saylı Konvensiyası ↗

Beynəlxalq Əmək Təşkilatının "Sənayedə və ticarətdə əməyin təftişi haqqında" 81 saylı Konvensiyasına dair Protokol ↗

Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi  haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyası ↗

Beynəlxalq Əmək Təşkilatının “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 185 nömrəli Konvensiyası ↗

Beynəlxalq Əmək Təşkilatının "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" 182 nömrəli Konvensiyası ↗

Beynəlxalq Əmək Təşkilatının “İnkişaf etməkdə olan ölkələri xüsusi nəzərə almaqla minimum əmək haqqının müəyyən edilməsi haqqında” 131 nömrəli Konvensiyası ↗

Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyası ↗

Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən baxılmış) 132 nömrəli Konvensiyası ↗

Beynəlxalq Əmək Təşkilatının "İcbari əməyin ləğv edilməsi haqqında" 105 saylı Konvensiyası ↗

Beynəlxalq Əmək Təşkilatının əvvəllər SSRİ tərəfindən qəbul olunmuş konvensiyalarının qüvvəsinin Azərbaycan Respublikası ərazisinə şamil edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisin Qərarı ↗

→ Əmək hüquqları ilə bağlı müraciətiniz üçün

Əmək hüquqları