Yerli sənaye və kommunal-məişət müəssisələri adını daşıyan həmkarlar ittifaqı 1920-ci ilin avqust ayında keçirilən II Ümumrusiya Qurultayında yaradıldı və Bakı quberniyasının kommunal təsərrüfatı işçiləri həmkarlar ittifaqı adlandırılıb. Keçən əsrin əvvəllərindən başlayaraq bu uzun müddət ərzində sahə həmkarlar ittifaqı hər cür iqtisadi islahatlardan keçib. Azərbaycan Respublikası müstəqillik qazanandan sonra ölkədə gedən iqtisadi, sosial və siyasi islahatlar nəticəsində sahə həmkarlar ittifaqında da müasir tələblərə cavab verən struktur dəyişiklikləri aparılıb. 1993-cü ildən sahə həmkarlar ittifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində fəaliyyət göstərməyə başlayıb.
Həyat təminatlı sahə olaraq əhaliyə işıq, istilik, yaşıllığa qulluq, sanitar təmizlik və abadlıq xidmətləri göstərən müəssisələrin işçilərini özündə birləşdirir.
Komitə 174 həmkarlar ittifaqı təşkilatlarını özündə birləşdirir və 20826 üzvü var.
Sahə həmkarlar ittifaqının ali orqanı – qurultaydır. Qurultaylararası dövrdə həmkarlar ittifaqının rəhbər orqanı Məclisdir. Məclis Qurultay tərəfindən seçilir və ya hər bir həmkarlar ittifaqı təşkilatının birbaşa bərabər nümayəndəliyi ilə formalaşdırılır. Məclislərarası dövrdə həmkarlar ittifaqının fəaliyyətinə Rəyasət Heyəti rəhbərlik edir.
Təşəbbüskarlığa, yeniliyə açıq olan sahə həmkarlar ittifaqı 1997-ci ildən PSİ, EPSU və İndustriALL Qlobal Union Beynəlxalq Həmkarlar İttifaqları Birliklərinin üzvüdür.
Beynəlxalq sahə həmkarlar ittifaqlarından başqa, eyni zamanda, Türkiyənin “Hizmet-İş” Sendikası və “Hak-İş” Konfederasiyası ilə, Özbəkistan, Gürcüstan, Rusiya, Belarusiya, Ukrayna kimi ölkələrin sahə həmkarlar ittifaqları ilə ikitərəfli müqavilələr bağlanıb.
Ünvan: Bakı şəhəri, AZ 1130, Azadlıq prospekti, 181
Əlaqə nömrəsi: (+99412) 563 13 37 / 563 05 07