ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ticarət, İctimai-İaşə, Kooperasiya, Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Federasiyası

 

 Azərbaycan Respublikası Ticarət, İctimai-iaşə, Kooperasiya, Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Federasiyası 2000-ci ildə təsis edilib. Ticarət, ictimai-iaşə, kooperasiya, sağlamlıq ocaqları, turizm, idman, otelçilik, balıqçılıq və digər xidmət sahələri işçilərini özündə birləşdirir.

 Federasiya 188 ilk, 49 rayon və şəhər komitəsi, 2 birləşmiş həmkarlar ittifaqı təşkilatlarını əhatə edir və 22704 üzvü var.

Qurultay Federasiyanın ali rəhbər orqanıdır. Qurultay beş ildən bir çağırılır. Qurultayın keçirilmə vaxtı və gündəliyi Federasiyanın Məclisi tərəfindən müəyyən olunur. Qurultaylararası dövrdə federasiyanın qərarverici orqanı Məclisdir və icra orqanı İcraiyyə Komitəsidir.

Federasiya konfederativ əsaslarla Beynəlxalq Həmkarlar İttifaqı (UNI), Qida və Tütün Sənayesi, Otel və Mehmanxana İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı (IUF), Ticarət İşçilərinin Beynəlxalq Birliyinin üzvüdür.

Ünvan: Bakı şəhəri, AZ1000, Bül-bül prospekti, 22

Əlaqə nömrəsi: (+99412) 598 45 22