ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 2002-ci il sentyabrın 26-da təsis edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan bütün idarələrdə çalışan işçiləri özündə birləşdirir.

 Komitə 72 həmkarlar ittifaqı təşkilatlarını özündə birləşdir və 6279 üzvü var.

Həmkarlar ittifaqının ali orqanı qurultaydır. Qurultaylararası dövrdə Respublika Komitəsinin işinə ildə bir dəfədən az olmayaraq keçirilən Məclis rəhbərlik edir. Operativ rəhbərliyi həyata keçirmək üçün Məclis üzvlərinin tərkibindən İcraiyyə Komitəsi seçilir.

Həmkarlar ittifaqı Respublika Komitəsi "Həmkarlar ittifaqları haqqında" Respublika Qanununa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının Nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərir.

Həmkarlar ittifaqı Tikinti, Meşə İşçiləri Həmkarlar İttifaqlari Beynəlxalq Federasiyasının, MDB ölkələri Meşə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının üzvüdür.

 

Ünvan: Bakı şəhər, AZ 1154, H. Əliyev prospekti, 10

Əlaqə nömrəsi: (+99412) 566 99 36