Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 1905-ci ildə təsis edilib. Komitə 73 şəhər və rayon, 375 ilk həmkarlar ittifaqı təşkilatlarını özündə birləşdirir və 125621 üzvü var.
Səhiyyə sahəsində çalışan işçiləri özündə birləşdirir.
Səhiyyə İşçiləri Həmkarlar İttifaqının ali orqanı 5 ildən bir çağırılan Qurultaydır. Qurultaylararası dövrdə həmkarlar ittifaqının işinə Məclis rəhbərlik edir. Məclis ildə bir dəfə çağırılır. Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə operativ rəhbərlik etmək üçün Məclis üzvlərindən Respublika Komitəsinin Rəyasət Heyəti seçilir.
Sahə həmkarlar ittifaqı öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası "Həmkarlar İttifaqları haqqında" Qanunun, AHİK-in qərar və tövsiyyələri, eləcə də öz Nizamnaməsi əsasında qurur.
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı 2016-cı ildə Qusar rayonunda öz üzvlərinin istirahəti üçün tikilmiş və istifadəyə verilmiş 80 yerlik “Şəfa” istirahət mərkəzinə malikdir.
Həmkarlar İttifaqı Respublika Komitəsi xarici ölkələrin həmkarlar ittifaqları, o cümlədən İctimai Xidmət sahəsi Həmkarlar İttifaqının Avropa Federasiyası (EPSU) və İctimai Xidmət sahələri Beynəlxalq Həmkarlar İttifaqı təşkilatı (PSİ) ilə aktiv əməkdaşlıq edir.
Ünvan: Bakı şəhəri, AZ 1000, Bül-Bülprospekti, 12
Əlaqə nömrəsi: (+99412) 598 29 16