ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 

 

1990-cı ilin sentyabrında “Azərbaycan Sahibkarlıq İşçiləri Müstəqil Həmkarlar İttifaqı”nın, 1991-ci ilin martında isə “Azərbaycan Elm, Elmi-İstehsalat və Özəl Müəssisələri İşçiləri Müstəqil Həmkarlar İttifaqı”nın əsası qoyulub. Sonradan ayrı-ayrılıqda fəaliyyət göstərən iki həmkarlar ittifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tövsiyəsi ilə 1997-ci ilin aprelində birləşərək vahid təşkilata çevrilib. 

1997-ci il noyabrın 26-da keçirilmiş növbədənkənar konfransda yeni redaksiyada Nizamnamə təsdiq edilərək Ədliyyə Nazirliyində bir daha qeydiyyatdan keçib və təşkilat “Azərbaycan Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçiləri Müstəqil Həmkarlar İttifaqı” adı altında fəaliyyət göstərməyə başlayıb.

2016-cı ildə isə Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı bu təşkilata birləşib.

Sahə həmkarlar ittifaqı öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası "Həmkarlar İttifaqları haqqında" Qanunun, AHİK-in qərar və tövsiyələri, eləcə də öz Nizamnaməsi əsasında qurur.

Sahə həmkarlar ittifaqı təşkilatı maliyyə-təsərrüfat fəaliyyəti göstərən sahibkarlıq və elm, elmi-istehsalat, kiçik, birgə, icarə və innovasiya müəssisələrinin, şirkətlərin, assosiasiyaların, korporasiyaların, səhmdar cəmiyyətlərin, şura, birliklərin, özəl ali və orta təhsil məktəblərinin işçilərini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün şəxsləri könüllülük əsasında birləşdirən müstəqil qeyri-siyasi ictimai təşkilatdır.

Nizamnaməyə əsasən ilk təşkilatların ali orqanı yığıncaq (konfrans), regional və ölkə səviyyəsində konfransdır.

Komitə 625 həmkarlar ittifaqı təşkilatlarını, o cümlədən 4 birləşmiş həmkarlar ittifaqını, 52 şəhər və rayon komitəsini özündə birləşdirir və 27776 üzvü var.